Bazar ertəsi , 13 May 2024

Hərbi

Son iki gündə Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlanıb

Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş …

Read More »

Azərbaycan Ordusu Qarabağdakı erməni təxribatçılara xəbərdarlıq edib: “Dəmir yumruq” yerindədir”

“Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib. “Hər kəs bilsin ki, …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən …

Read More »

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib. Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə (44 kq) estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Z.Həsənzadə üçüncü yerlə kifayətlənib.

Read More »

Vətən müharibəsi şəhidlərinə həsr olunan kitabın təqdimatı keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, din xadimlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından …

Read More »

MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək. Bu barədə “Boyukmillet.com” MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir. Xatırladaq ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri …

Read More »

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-Э tipli piyada əleyhinə, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd PMN-Э tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə …

Read More »

Sentyabr döyüşlərində ermənilərə təhvil verilmiş əsir və meyitlərin sayı açıqlanıb

“Bu il sentyabr döyüşlərində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib”. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində …

Read More »

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlim keçirir

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının …

Read More »

Azərbaycan MN: “Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır”

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bildiririk ki, Azərbaycan Ordusunun …

Read More »