Cümə axşamı , 16 May 2024

Hərbi

“TurAz Qartalı-2022” təlimində iştirak edən heyət Türkiyəyə qayıdıb

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb. Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.

Read More »

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra kursantlar sıra meydanında təntənəli surətdə Vətənə sədaqət andı içiblər. Hərbi Tibb Fakültəsinin rəisi tibb …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Həmdəm Ağayev, Atəm Əliyev və Adil İbrahimlinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi …

Read More »

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti andiçmə mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təntənəli marşın sədaları altında Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı sıra meydanına gətirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi …

Read More »

Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutulub

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.Bölmələrimizin adekvat cavab tədbirləri …

Read More »

Zakir Həsənov xidməti müşavirə keçirib, Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyət təhlil edilib

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin …

Read More »

Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daima hazır olmağı əmr edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Zakir Həsənov sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib. Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın …

Read More »

Xanlar Vəliyev: “Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar”

Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlarına əminəm. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini-Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda tədbirdə deyib. O, müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq …

Read More »