Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Pakistan İslamabadda keçirilən İran-ABŞ danışıqları çərçivəsində Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı birgə patrul xidmətinin təşkilini nəzərdə tutan təşəbbüs təqdim edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbəyə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.

“Pakistan tərəfi gəmilərin Hörmüz boğazından keçməsinin tənzimlənməsi ilə bağlı təşəbbüs təqdim edib. Bu təklif boğazın akvatoriyasında birgə patrul xidmətinin təşkilini nəzərdə tutur”, – telekanalın həmsöhbəti bildirib.

Bundan əlavə, mənbə qeyd edib ki, Amerika və İran tərəfləri arasındakı danışıqlar birbaşa xarakter daşıyırdı, Pakistan isə bilavasitə iştirak edirdi.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …