Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənilər Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub.

Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd “KamAZ” markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …