Bazar ertəsi , 13 May 2024

Hərbi

Səfərbərlik Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, qəbul mayın 26-da saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşların may 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin …

Read More »

Rusiya tərəfinə Ermənistanın Azərbaycanla sərhəddə və Qarabağda törətdiyi təxribatlar barədə məlumat verilib

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib. Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb. Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə …

Read More »

Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb

Azərbaycanın Ermənistanla sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Boyukmillet.com-un xəbərinə görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iştirak edib. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və …

Read More »

Azərbaycan Ordusunun ehtiyatda olan hərbçiləri təlim keçirib, praktiki atışlar icra olunub

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir. Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə …

Read More »

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Aprelin 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın …

Read More »

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri …

Read More »

Ermənistanın təxribatı nəticəsində Şuşada mina partlayışında üç hərbi qulluqçumuz xəsarət alıb

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi …

Read More »

NATO-nun mobil təlim qrupu Azərbaycana gəlib

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına …

Read More »

MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir”

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat …

Read More »

Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar mülki işçilər! Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. İslami …

Read More »