Bazar ertəsi , 22 Aprel 2024

Hərbi

MN: “Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Boyukmillet.com xəbər verir ki, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır. “Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma …

Read More »

Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır”

İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada …

Read More »

Xankəndi-Gorus istiqamətində mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsinin GÖRÜNTÜLƏRİ

Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir. Boyukmillet.com iyunun 10-da buraxılış məntəqəsində çəkilmiş videogörüntünü təqdim edir. Videoda sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmadığı görünür. Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. https://t.me/reportnewsaz/75007

Read More »

Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirib, tapşırıqlar verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə təşkil edilən komanda-qərargah təliminin yekun iclası keçirilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan …

Read More »

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Nazirlikdən  daxil olan başsağlığında deyilir: “Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. …

Read More »

DSX-nin hərbçisi özünü güllələyərək öldürüb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi özünün güllələyərək öldürüb. Bu barədə  hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, DSX-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Qubadlı …

Read More »

Ermənistan bu qurğuları gələcək müharibə üçün tikir – Hərbi ekspert

Ermənistan silahlı qüvvələri Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib. Bəs fortifikasiya qurğuları nədir? Onların ölkəmiz üçün təhlükəsiz nədən ibarətdir? “Sözügedən qurğuların əsas məqsədi silah-sursatdan düzgün istifadə edilməsi, şəxsi heyətin və mülki əhalinin mühafizəsi və eyni zamanda silah-sursatı mühafizə etməkdən ibarətdir”. Boyukmillet.com xəbər verir ki, bunu mövzu ilə bağlı açıqlamasında AzNews.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspertin sözlərinə görə, bu …

Read More »

Zakir Həsənov azad edilmiş ərazilərə gedib, yeni hərbi obyektlərin açılışında iştirak edib

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir. İyunun 9-da Azərbaycanın …

Read More »

Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüblər. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan …

Read More »

BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Report”un sorğusuna cavab olaraq bildirib. “Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma …

Read More »