Cümə , 3 May 2024

Hərbi

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. …

Read More »

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb. Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə …

Read More »

Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More »

Ordumuzun mövqeləri atəşə tutulub

İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin …

Read More »

Zakir Həsənov türkiyəli həmkarına təbrik ünvanlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda deyilir: “Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm. Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi …

Read More »

Azərbaycanın müdafiə naziri Hulusi Akara minnətdarlıq edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib. Azərbaycanın Müdafiə Nazirliyindən  verilən məlumata görə, məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcərdəki mövqelərini atəşə tutub

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun …

Read More »

Azərbaycan hərbçiləri Türkiyədə təlimi müvəffəqiyyətlə bitirib

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Maddi Texniki Təminat Təlim Mərkəzini müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyə Respublikası daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy, Türkiyə Respublikası Jandarma Qüvvələri Komandanı Ordu generalı Arif Çətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 2-si saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı …

Read More »