Cümə axşamı , 2 May 2024

Hərbi

Dünya Bankının nümayəndəsi: “Layihələrimizə mina əleyhinə işləri də daxil edə bilərik”

“Azərbaycan hökuməti müraciət edərsə, fəaliyyət dairəmizi genişləndirərək layihələrimizə mina əleyhinə işləri də daxil edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl jurnalistlərə açıqlamasında deyib. Qurum rəsmisi qeyd edib ki, bu gün Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə dəyəri 2 milyon dollar məbləğində olan qrant …

Read More »

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

2023-cü ilin may ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 449 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Read More »

Qanunsuz erməni silahlı dəstələrinin Şuşa və Xocavənddə təminat yolu çəkməsinin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri …

Read More »

Müdafiə naziri qanunsuz erməni silahlılarının təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verib

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanışda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Ağdam və Şuşadakı mövqelərini atəşə tutub

Mayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı …

Read More »

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz …

Read More »

Daxili Qoşunların hərbçisi odlu silahla ehtiyatsız davranmaq nəticəsində özünü güllələyərək öldürüb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Bu barədə DİN-dən məlumat verilib. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.

Read More »

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 milyard manat artırır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 070 milyon manat təşkil edəcək.

Read More »

İlham Əliyev: “Yəhudi icmasının nümayəndələri ərazi bütövlüyümüz uğrunda bizimlə çiyin-çiyinə döyüşüblər”

Yəhudi icmasının nümayəndələri Azərbaycan vətəndaşlarıdır, ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam edən insanlardır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında bildirib. “Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə, Azərbaycandakı bütün digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə döyüşüblər. Hesab edirəm ki, bu gün bu amil yalnız …

Read More »