Cümə , 17 May 2024

Hərbi

Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə birgə təlimlərin keçirilməsi məsələsini müzakirə edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını …

Read More »

Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?

2022-ci ildə Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına 5 622,5 milyon manat vəsait yönəldilib. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib. Onun sözlərinə görə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin …

Read More »

Füzulinin Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib: “Təxminən 1,4 hektar …

Read More »

MN: “Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb”

“Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb”. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd olunub.

Read More »

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə taktiki təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq gəmilər həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılaraq Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. HDQ bölmələri dənizdə terror-diversiya qruplarının məhv …

Read More »

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı …

Read More »

Prezident İlham Əliyev həqiqi hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …

Read More »

Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

Uğurlu “Günnüt əməliyyatı”nın başlanmasından 5 il keçir Boyukmillet.com xatırladır ki, 2018-ci il mayın 20-də başlayan əməliyyatla Naxçıvan Muxtar Respublikasının minlərkə hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan …

Read More »

Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib. Boyukmillet.com xəbər verir ki, plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya …

Read More »