Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”-EKSPERT

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında terror aktı törədilib. Türkiyə dövləti uzun illərdir bu terror aktlarından əziyyət çəkir. Buna baxmayaraq, irəliləyən zaman ərzində Türkiyə törədilən bu qanlı faciələrə qarşı uğurlu addımlar atır. Eynilə Azərbaycanda qeyri-qanuni qruplaşmalar terror aktını törədirlər. Xatırladaq ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı qeyri-qanuni erməni birləşmələri tərəfindən terror aktı törədilib. Terrorçu qruplaşmaları tərəfindən həyata keçirilən bu iki aktın nə kimi əlaqəsi var?

Bununla bağlı BiG.AZ-a danışan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Türkiyə uzun müddətdir terrordan əziyyət çəkir. Ölkədə bir neçə terrorçu qrup ard-arda cinayətlər törədir. Son illər terrorçuların zərərsizləşdirilməsi ilə bağlı Türkiyə dövləti böyük uğurlara imza atıb: “Terrorçuların böyük bir qismi zərərsizləşdirilib. Artıq çox kiçik hallarda terror hadisələri baş verir. Ancaq Türkiyədə minlərlə vətəndaş terror hadisələrinin qurbanı olub. Eyni halı Azərbaycan yaşayır. Ermənilər daim terror törətməkdə davam edir. Türkiyənin kənarında türk diplomatlarıma qarşı terror aktları törədilir. Bir buradan görürük ki, PKK və erməni qruplaşmaları eyni fəaliyyəti göstərir. Hətta PKK-nın formalaşması prosesində erməni terrorçularının yaxından iştirak etdikləri bəllidir. Bu yaxınlarda Azərbaycan polislərinə qarşı terror hadisələri həyata keçirildi. Bundan sonra Türkiyənin paytaxtı Ankara şəhərində Daxili İşlər Nazirliyinə qarşı bu cür terror hadisəsinin törədilməsi qəbuledilməzdir. Azərbaycan və Türkiyə bütün terrorçuları məhv etmək gücündədir”.

Emin Həsənli qeyd edib ki, Azərbaycan və Türkiyəyə törədilən terror hadisələri arasında əlaqə onu deməyə əsas verir ki, terrorçuların və terror təşkilatlarının erməni terrorçuları ilə əlaqələri var:

“Onlar daim birgə fəaliyyət göstərirlər. Bu qruplaşmaların bir-biri ilə əlaqəsi olduğu dəfələrlə sübut olunub. Özləri belə gizlətmir bunu. Biz hər zaman iki qardaş ölkə olaraq belə hallara qarşı ayıq-sayıq olmalıyıq. Terror aktları bizim kimi böyük dövlətləri sarsıda bilməz. Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”.

Sevda Səfərova

Check Also

MN: Artilleriya bölmələri radiolokasiya kompleksləri və PUA ilə döyüş atışlı taktiki təlim keçirir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim …