Cümə , 3 May 2024

Hərbi

XİN-dən ermənilərin son təxribatı ilə bağlı daha bir açıqlama

İyunun 16-da Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb. Qeyd olunub ki, …

Read More »

Zakir Həsənovdan erməni təxribatları ilə bağlı göstəriş

Müdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir MN-də keçirilən kollegiya iclasında bildirib. Qeyd olunub ki, Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə …

Read More »

MN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür”, – məlumatda qeyd olunub.

Read More »

Ermənilər Azərbaycan Ordusunun Gədəbəy və Şuşa istiqamətindəki mövqelərini atəşə tutub

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun …

Read More »

Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir

Hazırda Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə edirlər. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görürlər.

Read More »

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.

Read More »

Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçinin son durumu açıqlanıb

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi …

Read More »

MN: “Ermənistan Gorusdan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub”

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür”, – məlumatda qeyd edilib.

Read More »

Qanunsuz erməni silahlılarının Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More »

MN: “Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin …

Read More »