Cümə , 3 May 2024

Hərbi

Hərb Tarixi Muzeyində “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu, media və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə …

Read More »

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Read More »

“Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”-EKSPERT

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında terror aktı törədilib. Türkiyə dövləti uzun illərdir bu terror aktlarından əziyyət çəkir. Buna baxmayaraq, irəliləyən zaman ərzində Türkiyə törədilən bu qanlı faciələrə qarşı uğurlu addımlar atır. Eynilə Azərbaycanda qeyri-qanuni qruplaşmalar terror aktını törədirlər. Xatırladaq ki, sentyabrın 19-u …

Read More »

Ermənistandan açılan snayper atəşi: şəhidimiz var – MN

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Boyukmillet.com xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More »

Türkiyə MN: “Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”

“Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Xatırladılıb ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə liderləri modernizasiya olunan Naxçıvan hərbi kompleksinin açılışında iştirak ediblər: “Artıq Azərbaycan hərbi ehtiyaclarını özü təmin edəcək”.

Read More »

Təcili: Vardanyan saxlanıldı, Bakıya gətirildi – Rəsmi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə o, Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq …

Read More »

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumatı açıqlayıb. Boyukmillet.com siyahını təqdim edir: 1. Atıcı silah və qumbaraatanlar – 11052. Artilleriya silahları – 603. HHM vasitələri – 2264. Döyüş sursatları – 4253755. Təchizat və ləvazimatlar – 27216. Optik və digər cihazlar – …

Read More »

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Boyukmillet.com xəbər verir ki, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank …

Read More »

MN məlumat yaydı: iki şəhidimiz var

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Boyukmillet.com xəbər verir ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. …

Read More »