Bazar ertəsi , 20 May 2024

Hərbi

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət …

Read More »

Azərbaycanın “Laçın” qırıcıları təlim keçirib, yerüstü hədəflərə zərbələr endirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü …

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş …

Read More »

HHQ-də buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində …

Read More »

Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri həyata keçirib. “Report”un qərb bürosu xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq “KAMAZ” markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb. Faktla bağlı 2 nəfər …

Read More »

Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, …

Read More »

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb

Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Boyukmillet.com  xəbər verir ki, Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə ucalan Elnur Hacıyev və Fərrux Hüseynovun xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib. Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, …

Read More »