Cümə , 26 Aprel 2024

Hərbi

Kəlbəcərdə silah-sursat və tank əleyhinə raket aşkarlanıb

Kəlbəcərdə silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əleyhinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.

Read More »

Azərbaycan Ordusunun zabiti özünü öldürüb

Azərbaycan Ordusunun zabiti odlu silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə  hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib. O, qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Füzuli Hərbi …

Read More »

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı …

Read More »

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planına uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb edilir. Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında …

Read More »

İrandan Azərbaycana narkotik keçirməyə cəhd olunub, saxlanılan var

Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxsi saxlayıblar. Bu barədə  DSX-dən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusunu sərhəd naryadı saxlayıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi …

Read More »

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər

Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin yüksək …

Read More »

Tovuz istiqamətində kəşfiyyat uçuşları edən Ermənistan kvadrokopteri zərərsizləşdirilib

Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz …

Read More »

Prezident Daxili Qoşunların hərbi qulluqçularını təltif edib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Ələkbərov Nicat Vaqif oğlu – …

Read More »