Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.
Read More »“N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib
Bərdə Regional Mədəniyyət İdarəsinin və Müdafiə nazirliyinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə konsert proqramı təşkil edilib.Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan ordusunun şəxsi heyəti qarşısında konsert proqramı təşkil edilib.Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik …
Read More »Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları Daxili …
Read More »Xüsusi təyinatlı təhsil müəssisələri ziyarət olunub
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti ilə dinləyiciləri Heydər Əliyev adına Hərbi İnstitutu, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyi ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ziyarətçilər hərbi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin abidəsi və büstü önünə gül dəstələri qoyublar. Qonaqlara müəssisələrin …
Read More »Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və Murad Yunusovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş …
Read More »Azərbaycan Ordusunun əsgəri özünə qəsd edib
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abdullazadə Səid Məzahir oğlu avtomat silahdan atəş açmaqla özünə qəsd edib. Boyukmillet.com xəbər verir ki, faktla bağlı hazırda araşdırma aparılır.
Read More »Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com nazirliyin ötən həftəki fəaliyyəti ilə bağlı görüntüləri təqdim edir.
Read More »MN: “Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir”
Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məsələ “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırmasına həsr olunan toplantıda müzakirə edilib. İki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən …
Read More »“Teknofest”də iştirak edən Azərbaycanın hərbi pilotları mükafatlandırılıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə uçuşları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının çıxışları, eləcə də Müdafiə Nazirliyi …
Read More »Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər. Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
