Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin D(SX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX Mətbuat Mərkəzindən məlumat verilib. Bildiirlib ki, avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən …
Read More »Onlayn yolla narkotik alan şəxs tutulub
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman …
Read More »Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş …
Read More »Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan uzaqlaşdırılıb
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Nazirlik …
Read More »Xocavənddə Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb – FOTO
Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.
Read More »MN: “Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur”
Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. Nazirlikdən daxil olan açıqlamada deyilir: “Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur”.
Read More »Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib
Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 8-də yaydığı məlumatda bildirilib. Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.
Read More »Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri …
Read More »MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”
Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Boyukmillet.com xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Belə ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.
Read More »İranın hərbi gəmiləri Bakıya gəlib
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
