İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.
Read More »Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib
İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku” müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib. Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsinin cari …
Read More »Azərbaycan Ordusunda Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib- Video
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda 15 iyun – Milli Qurtuluş Günü ilə əlqədar silsilə tədbirlər keçirilib. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub. Müdafiə Nazirliyinin …
Read More »Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
“N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Azər Əliyev tədbir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. …
Read More »Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib. Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Read More »Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar …
Read More »Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir. Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com icmalı təqdim edir.
Read More »DSX-nin Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib
İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb. Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə …
Read More »Azərbaycan Ordusunun kursantları təlim atış çalışmalarını yerinə yetirib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atışdan qabaq kursantlara təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Kursantlar silahların sökülüb yığılması və digər normativləri yerinə yetiriblər. Səhra şəraitində keçirilən təlim atış çalışmalarında …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
