Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

Azərbaycan MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – qurumdan bildirilib.

Read More »

Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlər keçirməsi müzakirə olunub

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı …

Read More »

Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir. Silah və texnikanın yay dövründə fasiləsiz …

Read More »

MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: “Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti …

Read More »

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib. Vətən müharibəsi şəhidləri İlkin Süleymanov, Asif Abışov, Asim Cəfərli, Elyaz Qarayev və Murad Musayevin xatirəsinə həsr olunan anım mərasimində onların ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri …

Read More »

Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anılıb

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Boyukmillet.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü …

Read More »

Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə edib

Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bidlirilib ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib. …

Read More »

Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib

Mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan dövlət …

Read More »