Cümə axşamı , 11 Dekabr 2025

Hərbi

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri …

Read More »

MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların durumunu açıqlayıb

Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb Nazirlikdən bildirilib ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir. “İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar …

Read More »

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib: “Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik”.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More »

Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan əsgər Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi …

Read More »

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com həmin icmalı təqdim edir.

Read More »

Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib. Boyukmillet.com xəbər verir ki, qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub: Hərbi nəzəri elmlər;Hərbi xüsusi elmlər;Hərbi təbabət;Milli təhlükəsizlik. Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən …

Read More »

Azərbaycan Ordusunun yanğından mühafizə komandalarının toplanışı keçirilib

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib. Müdafiə nazirinin qərarı ilə təsdiq edilən müvafiq təlimata uyğun təşkil olunan toplanışda heyət üçün “Əlverişsiz şəraitlərdə yanğınların söndürülmə xüsusiyyətləri” mövzusunda məşğələ keçirilib. Hərbi hissələrin yanğından mühafizə xidməti …

Read More »

Zakir Həsənov hərbi təhsilin yüksək səviyyədə təşkili üçün tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin …

Read More »

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub. Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

Read More »

MN: “Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib”

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, – nazirlikdən bildirilib. Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət …

Read More »