Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub. “Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq. Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək. Azərbaycan Ordusunun şəxsi heyəti və …
Read More »Ermənistan Qaragöl ətrafına hərbi qüvvə çıxarmağa cəhd edib, düşmənin təxribatı iflasa uğrayıb
Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən …
Read More »Zakir Həsənov polkovnik-leytenantı işdən çıxarıb
“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub. Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub. Müdafiə Nazirliyindən faktı “Report”a təsdiqləyiblər.
Read More »Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib
Türkiyədə keçirilən “Doğu Akdeniz-2021” çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Təlimdə şərti terrorçu …
Read More »Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib
Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib. Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu – kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib. Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün …
Read More »Zakir Həsənov Rusiyaya səfərə gedib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. Toplantı noyabrın 10-da keçiriləcək.
Read More »Zakir Həsənov: “Vətən müharibəsində Türkiyənin istehsal etdiyi silahlardan da istifadə etdik”
“Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi silahlardan, avadanlıqlardan və müasir mərmilərdən də istifadə edib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib. “Son illər Türkiyənin hərbi sənayesi çox inkişaf edib. Qeyd edim ki, Vətən müharibəsində ən müasir “Bayraktar”dan da istifadə etdik”, – Z.Həsənov …
Read More »Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib
“Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdaifə Nazirliyinin yaydığı bəyanatda bildirilib. “Ermənistan müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində …
Read More »Azərbaycan MN: “Ermənistanın müdafiə nazirinin Qarabağa icazəsiz səfəri hərbi-siyasi təxribatdır”
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib. Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır. Ermənistanın müdafiə nazirinin …
Read More »Türkiyənin müdafiə naziri Ermənistan rəhbərliyinə çağırış edib
“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
