“26 iyun – Silahlı Qüvvələr Günü bu il tam başqa ab-havada qeyd olunacaq. Çünki 30 illik Qarabağ həsrətinə son qoyan, bütün dünyaya səs salan məhz Azərbaycan Silahlı Qüvvələri oldu. Uzun illərdir ordu quruculuğuna ayrılan diqqət, silah arsenalının yenilənməsi, peşəkar kadrların hazırlanması, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində üzərimizdə olan məğlubiyyət damğası götürüldü”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti …
Read More »“Qubadlının azad olunmasına görə” medalı 5867 hərbçiyə verilib
İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Təltif edilənlərin …
Read More »Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi – SİYAHI
Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə …
Read More »On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib
Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. …
Read More »Prezident Fazil Ağalarova “general-leytenant” rütbəsi verib
General-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur. Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və …
Read More »Azərbaycan və Türkiyə orduları Naxçıvanda birgə təlim keçirib
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir. Boyukmillet.com xəbər verir ki, iyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimi izləyib. Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı …
Read More »Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş atışları davam edir
Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir. Boyukmillet.com xəbər verir ki, təlimlərin birinci mərhələsi üzrə növbəti tapşırıq olaraq gəmi və katerlər tərəfindən qumbaraatma çalışmasının yerinə yetirilməsi üzrə tapşırıqlar icra olunub. Sonra hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı icra olunacaq. Daha sonra gəmi qrupu …
Read More »Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədindən danışdı
“Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlərə başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Hərbi Dəniz …
Read More »Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladı
Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb. Boyukmillet.com xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycanın hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
