Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.

Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …