Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. “Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnuxu hissəsini bağlayıb. Yolun açılması və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli …
Read More »DSX: “Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edib, əsgərimiz yaralanıb”
Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. DSX-dən verilən məlumata görə, digər …
Read More »Rusiyanın məkrli PLANI: “Qazax və Tovuz istiqamətində münaqişəyə hazırlaşır”
“Rusiya sərhədçiləri Ermənistanın Voskepar kəndinə yerləşdirilib. O istiqamətdəki hərəkətlilik yeni münaqişə ocağı yarada bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Qazax rayonu istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi və Rusiyanın bölgədəki fəaliyyətini şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib. Rövşən Məhərrəmov bildirib ki, Rusiya bölgədə yeni münaqişə ocağı yaratmaq istəyir: “Ermənistanın Noyanbiriyan rayonundan Voskepar kəndinə …
Read More »MN: “Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub”
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.
Read More »Ermənistan Qarabağdakı itkilərinin sayını açıqladı – RƏSMİ
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı 44 günlük müharibə sırasında 3773 erməni hərbçisinin öldüyünü söyləyib. O bununla yanaşı, 243 hərbçinin itkin düşdüyünü və onların qalıqlarının axtarıldığını əlavə edib.
Read More »Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır”
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə xidmət edir. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir. Agentliyə danışan …
Read More »Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki …
Read More »Azərbaycan və İranın HDQ nümayəndə heyətləri görüşüb
İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahiri ilə Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu …
Read More »MN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”
Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda bildirilib.
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan əlavə avqustun 20-si saat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
