Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2533,4 milyon manat icra edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib. Qeyd olunub ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2477,3 …
Read More »Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri məşğələlərə başlayıb
Əlahiddə Ümumqoşun Ordunun tank və mexanikləşdirilmiş birləşmələri yeni tədris dövrünə aktiv məşğələlərlə başlayıb. Boyukmillet.com xəbər verir ki, şəxsi heyətin döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirildiyi məşğələlər davam edir. Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan müxtəlif məşq qurğularında şəxsi heyətin mərmi və yanacaq sərf etmədən qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti …
Read More »Azərbaycan hərbçiləri Türkiyədə təlimlər keçir
“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi tvitter hesabında məlumat yayıb.
Read More »Rusiya Xəzərdə və Ermənistanda genişmiqyaslı təlimlərə BAŞLAYIR
Rusiyanın Cənub Hərbi Dairəsi genişmiqyaslı hərbi təlimlərə başlayır. Boyukmillet.com xəbər verir ki, təlimlər Qara dəniz və Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələri, həmçinin, hərbi-nəqliyyat təyyarələri, operativ-taktiki aviasiya və s. qatılacaq. Avqustun 9-dan sentyabrın 15-nə qədər davam edəcək təlimlər quru qoşunları və aviasiyanın iştirakı ilə Həştərxan və Rostov vilayətində, Krasnodar və Stavropol diyarları, Dağıstan, Çeçenistan və Krımda aparılacaq. Hərbi təlimlər Rusiyanın Ermənistan, …
Read More »Azərbaycan Ordusunun leytenantı həlak olub
Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Boyukmillet.com-un məlumatına görə Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Read More »MN: “Ermənistan silahlı qüvvələri Naxçıvandakı mövqelərimizi atəşə tutub”
Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Müdafiə naziri “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək …
Read More »Hərbi Dəniz Qüvvələrinə məxsus gözətçi gəmi əsaslı təmir edilib
Avqustun 22-dən İranın Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olarkən əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi nazirə təqdim edilib. Qeyd edilib ki, bu …
Read More »Müdafiə Nazirliyinin rəhbərliyi Qarabağda tikintisi davam edən hərbi hissələrdə olub
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Read More »Ermənistanda rus hərbçilər qəzaya düşüb, ölən və yaralılar var
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbçilərinin olduğu avtomobil Gümrü-İrəvan magistral yolunda qəzaya düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, qəza nəticəsində bir hərbçi ölüb, 4 hərbçi yaralanıb. İlkin məlumatlara görə, müqavilə əsasında xidmət aparan hərbi qulluqçu şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil xəndəyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
