“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı …
Read More »54 yaşlı Cəsur döyüşçü: “Vətən müharibəsində oğlumla birlikdə vuruşdum”
“Dünyanın müxtəlif yerlərində yaşayan, xalqımızın müqəddəs amalları, azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları ətrafında birləşmiş soydaşlarımızla, həmvətənlərimizlə müzəffər ordumuz, mübariz silahlı qüvvələrimiz üçün əlamətdar olan bir gündə görüşmək məndə böyük sevinc və qürur hissi doğurdu. İştirakçısı olduğum 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz münasibətilə onların hər birindən eşitdiyim təbriklər bütün ağrı-acılarımı unutdurdu. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə doğma …
Read More »Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır
Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır. Boyukmillet.com xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə …
Read More »Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib. Müxtəlif mərhələlər üzrə …
Read More »Müdafiə Nazirliyi: Hazırda 8 hərbçi itkin düşmüş sayılır
Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Boyukmillet.com xəbər verir ki, iyunun 30-dək itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. “İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, – nazirlikdən bildirilinb. Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi …
Read More »Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların …
Read More »Füzulinin Musabəyli kəndinin görüntüləri – VİDEO
Müdafiə Nazirliyi Füzuli rayonunun Musabəyli kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib – VİDEO
Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.
Read More »Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək
Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir kim, bu barədə “Report”a hərbi qulluqçuların ailəsindən bildirilib. “Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, – ailədən bildirilib. …
Read More »Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatıb
Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
