Çərşənbə , 22 May 2024

hadisə

Bakıda şagirdləri döyən direktorun izahatı alınıb

“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”. Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: “Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütəmadi …

Read More »

Azərbaycanda universitet tələbəsi vəfat edib

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib. Bu barədə  ali məktəbdən məlumat verilib. Qeyd olunub ki, LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Read More »

Prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib

2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilənlər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.

Read More »

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib

Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib. “Report”un sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. “Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan …

Read More »

AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib. Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. …

Read More »

DİN: Oğurlanan 2 yaşlı körpə polis əməkdaşları tərəfindən tapılıb, saxlanılanlar var

Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib. Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam …

Read More »

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunun rəisinə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DGK-nin yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. …

Read More »

Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb. “Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə …

Read More »

Baş Prokurorluq: “Sabiq deputatın Bakıda ağacları kəsdirməsi ilə bağlı araşdırmalara başlanılıb”

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində …

Read More »

Salyanda 15 kq narkotiklə tutulan şəxsə 9 il həbs cəzası verilib

Salyan rayonunda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Abdulrəhim Axundova hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Həmçinin məhkəmə A.Axundovun 2 500 manat məbləğində cərimələyib. Qeyd edək ki, A.Axundov 2021-ci ilin iyul ayında Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Belə ki, ona …

Read More »