Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Qubada 5 il əvvəl törədilən qətlin üstü açılıb, saxlanılan var

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əmıkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Belə ki, 7 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında …

Read More »

Bakının bu yol və prospektlərində sıxlıq müşahidə edilir

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. H.Əliyev prospekti əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bakı-Sumqayıt şossesi, “20 Yanvar” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Ə.Əliyev küçəsi Neftçilər prospektinin kəsişməsində sıxlıq var. Y.Səfərov küçəsi – H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə …

Read More »

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub: “Mayın 18-də Mircavad Musayevin …

Read More »

Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyev narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktları imzalayıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklər 3 əsas istiqaməti əhatə edir. Cinayət Məcəlləsinə edilən …

Read More »

Bakıda qadını elektrik naqili ilə boğaraq öldürən şəxsə hökm oxunub

Bakıda qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadəyə hökm oxunub və o 18 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, ötən il mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N (ad, soy adı şərti) tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik …

Read More »

İki aydan çoxdur itkin düşən əsgərlərin axtarışı ilə bağlı rəsmi açıqlama

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar …

Read More »

Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb, saxlanılan var

Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti …

Read More »

Bakıda həbsdə olan tanışına toyuğun içərisində narkotik keçirən şəxs saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə  Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin …

Read More »

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »