Bazar ertəsi , 8 Dekabr 2025

hadisə

Samuxda Təbiət Qoruğunda yanğın olub

Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Boyukmillet.com xəbər verir ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: “1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib”.

Read More »

Cəbrayılda silahlı qrup Azərbaycan sərhədçilərinə atəş açıb, onlardan biri zərərsizləşdirilib

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, aprelin 4-ü saat 20:45 radələrində DSX-nin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov …

Read More »

Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb

Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar: “Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək …

Read More »

DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, mart ayının 31-də saat 22:25 …

Read More »

Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlanıb

Bakıda gecə klubunda baş verən partlayışda yaralananların son durumu açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib ki, hazırda xəstəxanalarda 16 nəfər yaralı müalicə alır. Qeyd olunub ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir: “Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda …

Read More »

Ermənistan ordusu Tovuzu atəşə tutub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Read More »

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb

Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin, …

Read More »

Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan …

Read More »

İsrailin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik gecə klubundakı partlayışla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, tviterdəki paylaşımda deyilir: “Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Read More »