Şənbə , 28 Sentyabr 2024

hadisə

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, hadisə yanvarın 15-də saat 19 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb. Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Read More »

Bakıda karantini pozan kafelər aşkarlandı, 26 nəfər cərimələndi

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində “Azad” və “Çinar”adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar. DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı “Azad” kafesinin icarədarı Şərafət Hacıev və “Çinar” kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar …

Read More »

Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb. Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More »

“E-manat” və “MilliÖn”dən külli miqdarda pul oğurlanıb

Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma …

Read More »

Hacıqabulda fermada yanğın olub

Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

DYP-nin saxladığı avtomobildə narkotik aşkarlandı

Bakıda avtomobildən narkotik götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki. yanvarın 11-i saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılmıb. Yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib. Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman …

Read More »

Bakıda gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkarlandı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa PlayStation club” oyun zalı aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Alfa PlayStation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati …

Read More »

Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı

Bakıda mağazada oğurluq hadisəsi baş verib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülüb.

Read More »

Polis son 6 gündə 110 kq-a yaxın narkotiki qanunsuz dövriyyədən çıxarıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 6 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 106 kiloqram 500 qram olan müxtəlif növ narkotik vasitə, o cümlədən …

Read More »

Vətən müharibəsi qazisinin intiharı ilə bağlı cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ölkəmizin ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin …

Read More »