Bazar ertəsi , 8 Dekabr 2025

hadisə

Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub

“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlu dələduzluq və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinərək həbs olunub. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, B.Rüstəmovun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun …

Read More »

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 39 nəfər şənliyə buraxılmayıb

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar …

Read More »

Qax sakinlərindən odlu silahlar götürülüb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Read More »

Göyçay sakini “Naqan” markalı tapançanı polisə təhvil verib

Vətəndaşlarda olan qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən rayonun İnçə kənd sakini Dursunalı Allahverdiyev “Naqan” markalı tapançanı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Baku TV, “Space” və APA TV-nin jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşiblər

Baku TV, “Space” telekanalı və APA TV-nin jurnalistləri Daşkəsən rayonunda təzyiqlə üzləşiblər Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb. Boyukmillet.com xəbər verir ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərli olduğu, şəhid anasının …

Read More »

Vəkil: “Hacıbala Abutalıbov əsasnaməni pozaraq qeyri-qanuni sərəncam verib”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rəsul Yusifbəyli müdafiə çıxışı edib. O, cinayət işində adı çəkilən digər şəxslərin məsuliyyətə cəlb edilmədiyini deyib: “İşdəki əsas şahid ittihama aid heç bir …

Read More »

Sabiq icra başçısının məhkəməsi başlayır

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə …

Read More »

Astarada meşədə baş verən yanğın söndürülüb

Astarada meşədə baş verən yanğın söndürülüb.  “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun ucqar dağ kəndi olan Pəlikeş ərazi icra vahidliyindən başlayan yanğın üç istiqamətdə 20 hektara yaxın ərazini əhatə edib.  Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və könüllü yerli sakinlər tərəfindən yanğın söndürülüb.  …

Read More »

İstintaq qrupunun rəhbəri: “Helikopterin texniki göstəricilərində nasazlıq olmayıb”

“Helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”. Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib. Onun sözlərinə görə, helikopterin texniki göstəricilərində nasazlıq olmayıb: “2013-cü ildə …

Read More »

Baş prokurorun birinci müavini helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqdan danışıb

“Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət …

Read More »