Bazar , 7 Dekabr 2025

hadisə

Yol polisi vəzifəli şəxsi sərxoş halda avtomobil idarə edərkən saxladı – VİDEO

Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib . Boyukmillet.com xəbər verir ki, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər. Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliliyyətə cəlb ediliblər. Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini …

Read More »

Apellyasiya məhkəməsi Mübariz Mənsimovun 5 illik həbs cəzasını qüvvədə saxladı

İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qanuna uyğun sayıb. Boyukmillet.com xəbər verir ki, bununla da İstanbul 27-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Mübariz Mənsimova martın 5-də verilən cəza qüvvədə saxlanılıb, yəni, Mənsimovun apellyasiya şikayəti təmin …

Read More »

Füzulidə minalı sahədə yanğın başlayıb, əraziyə helikopter göndərilib

Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından …

Read More »

DTX və DİN Ağdamda əməliyyat keçirib

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd …

Read More »

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsi davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir. Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, …

Read More »

Erməni terrorçu birləşməsinin 13 üzvünün məhkəməsinin vaxtı dəyişdirilib

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Bakı Ağır Cinayətlər Məhkəməsində Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclasının …

Read More »

Bu gün Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi keçiriləcək

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam edəcək. Qeyd edək ki, Ermənistan …

Read More »

Xocavənddə silah-sursat aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 4 avtomat, 1 tank əleyhinə raket qurğusu, 1 “AQS-17” qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat …

Read More »

1 tondan artıq çətənə kolu yandırılıb

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Boyukmillet.com xəbər verir ki, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

Read More »

Yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 4 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »