Bazar ertəsi , 17 İyun 2024

hadisə

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında iki ağır yol-nəqliyyat hadisəsi baş verib. …

Read More »

Göygöldə avtomobillər toqquşub, ölən var

Göygöl rayonunda yol qəzası baş verib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 21-də saat 16 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini Hümbət Nəzərlinin idarə etdiyi “Mercedes” markalı minik və Bakı şəhər sakini E.Baxşəliyevin idarə etdiyi “DAF” markalı qoşqulu yük avtomobilləri toqquşub. Nəticədə H.Nəzərli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi …

Read More »

Bakıda ardıcıl iki yol qəzası baş verib

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aparan avtomobil yolunda ardıcıl iki yol qəzası qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, qəzalardan biri “Buta Palace” yaxınlığında, zəncirvari formada baş verib. Qəza yolda sıxlığa səbəb olub. Bundan başqa, “Baku Expo” mərkəzi yaxınlığında “Ford” markalı yük avtomobili aşıb. Bu qəza da yolda sıxlıq yaradıb.

Read More »

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib. Belə ki, sexdə yanğınla nəticələn partlayış olub. Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar da var.

Read More »

Qubada karantini pozanlar cərimələndi

Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. …

Read More »

Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər xilas edilib

Bakıda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan …

Read More »

Bakıda usta 12-ci mərtəbədən yıxılaraq ölüb

Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Yasamal Rayon Prokurorluğundan məlumat verilib. İlkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi …

Read More »

Bakıda mağazadan oğurluq edildi

Bakıda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşların keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Süleymanov saxlanılıb.

Read More »

Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı

Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb. Boyukmillet.com-un xəbərinə görə bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib. X.Eyyubovun sözlərinə görə, hadisə ba verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.Hadisə zamanı  evdən yaralı …

Read More »