Bazar , 15 Noyabr 2026

hadisə

Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış aparılıb

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat çərçivəsində heç kimin saxlanılmadığını bildirir Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Partxaladzenin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı elektron avadanlıqlar, sənədlər və külli miqdarda pul götürülüb. Gürcüstan Baş Prokurorluğu bildirib ki, müxtəlif cinayət işlərinin istintaqı çərçivəsində dünən, oktyabrın 17-də …

Read More »

Rusiyada azərbaycanlı alverçi bazarda öldürüldü

Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib. Lent.az yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən “Sadovod” bazarının dayanacağında qətlə yetirilib. Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin …

Read More »

Yekaterinburq məhkəməsi Səfərov qardaşları ilə bağlı QƏRAR VERDİ

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə adam öldürməyə cəhd və adam öldürmə ittihamı ilə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddətini uzadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə URA.RU-ya Sverdlovsk vilayəti Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 29-dək uzadılıb. Qeyd …

Read More »

“Ramiz Mehdiyevin həbsini çoxdan GÖZLƏYİRDİM” Misir Mərdanovdan OLAY KİMİ MÜSAHİBƏ (Video)

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra zamanında onunla gərgin münasibətlərdə olan siyasətçilər, hakimiyyətdə təmsil olunmuş şəxslər də bir-bir çıxıb bu barədə danışdılar. Çoxları onun zamanında törətdiyi əməlləri, haqsızlıqları ifşa etdi, bəziləri isə çoxlarının bilmədiyi fəaliyyət yönləri ilə bağlı danışdı.  Eks təhsil naziri Misir Mərdanov TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına müsahibəsində R.Mehdiyevlə bağlı bir çox gizlinləri açıqlayıb. O, …

Read More »

47 kq marixuana ilə SAXLANILDI – VİDEO

Bakı və Abşeron rayonunda narkotiklərin satışını təşkil edən şəxs 47 kq marixuana ilə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda rayonunda satışının qarşısı alınıb. Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də …

Read More »

İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub

Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan …

Read More »

Terrorçular siyahısına daxil edildilər

Rusiyalı müxalif siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza Rusiya tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib. Boyukmillet.com xəbər verir ki, 2024-cü ilin avqustunda hər iki şəxsə qarşı “terror təşkilatında iştirak”, “ekstremizmə çağırış” və “ekstremist birlik təşkil etmə” ittihamları ilə cinayət işləri başlanıb. Həmin işlər üzrə digər fiqurantlardan biri kimi Yuliya Navalnayanın da adı çəkilib. Bu gün səhər saatlarında Vladimir Kara-Murza …

Read More »

Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilərək saxlanılıb

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. …

Read More »

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində …

Read More »

Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub – RƏSMİ

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar. “İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad …

Read More »