Çərşənbə axşamı , 16 Aprel 2024

İdman

Gənclər və İdman Nazirliyinin 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qurumun 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda bu il idman növləri üzrə yığmaların, məşqçi və idmançı heyətlərinin siyahısı, eyni zamanda təqvim planı təsdiqini tapıb. İdman mütəxəssislərinə veriləcək yeni döş nişanları və müvafiq vəsiqələr, həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə, “İdman obyektləri və …

Read More »

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim …

Read More »

Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar

Azərbaycan millisi Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda 7 medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, yığma ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc mükafatla başa vurub. Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında birinci olublar. Onlar finalda müvafiq …

Read More »

Azərbaycan atleti Çexiyada lisenziya xarakterli yarışda gümüş medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib. O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.

Read More »

Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və məşqçilərə də xüsusi təqaüdlər veriləcək

Olimpiya Oyunları ilə yanaşı, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların baş məşqçilərinə və məşqçilərinə də xüsusi təqaüdlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb. Əvvəlki …

Read More »

Cüdo üzrə Azərbaycan birinciliyinə bu gün start veriləcək

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək. Boyukmillet.com-un Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarış fərdi və komandalar arasında baş tutacaq. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq. İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki …

Read More »

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib. Boyukmillet.com-un Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən məlumatına görə, Xorvatiyada keçiriləcək “Zaqreb Open”də Azərbaycan 28 güləşçi ilə təmsil olunacaq. Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nüdərrin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrail Qadjiev (74 kq), Arsen Coyev, Osman Nurməhəmmədov (hər ikisi 86 …

Read More »

Azərbaycan idmançısı Türkiyədə peşəkar döyüşün qalibi olub

Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, “Muaythaı Figh Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər. Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa …

Read More »

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, yeniyetmələr arasında yarışın mükafatçıları fəxri kürsüyə çıxıblar. Onlara medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq təqdim ediblər. Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışa dekabrın 28-də …

Read More »

Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb

Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Azərbaycanın 9 üzvü finala yüksəlib, 13-ü bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda yarımfinal mərhələsinə yekun vurulub. 26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub. Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə …

Read More »