Çərşənbə , 17 Aprel 2024

İdman

Erməni terrorçuları Rusiyanı səfirlikləri partladacaqları ilə hədələyir

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq. İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə …

Read More »

Həbib Nurməhəmmədovun idmançı qohumu polisi vurduğu üçün saxlanılıb

Rusiyalı MMA döyüşçüsü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Usman Nurməhəmmədov saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, idmançı Kaspiysk şəhərindəki “Aeroport” keçid məntəqəsində polis əməkdaşını vurmaqda ittiham olunur. O, dostu Kamal İdrisovla birlikdə “Şeremetyovo” hava limanında tutulub. Polis hər ikisi ilə təyyarədə qarşılaşıb. İlkin məlumata əsasən, U.Nurməhəmmədovunu vurduğu polis orta dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanadadır. İdmançıya qarşı Rusiya …

Read More »

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib. Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. …

Read More »

Azərbaycanın qadın cüdoçusu Avropa çempionatında medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü Ramilə Əliyeva gümüş medala yiyələnib. Boyukmillet.com xəbər verir ki, nüfuzlu yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçu polşalı Paulina Zlaşta və portuqaliyalı Rakel Britoya qalib gələrək yarımfinala yüksəlib. Əliyeva ispaniyalı Mireya Lapertanı da məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andrea Stoyadinova …

Read More »

Zəfər Gününə həsr edilən tennis turniri keçirilib

Bakı Tennis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr edilən tennis turniri keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub. Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan …

Read More »

Azərbaycanın son 9 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Azərbaycanın son 9 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq. Boyukmillet.com xəbər verirki , üçüncü – sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yuxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq. Azərbaycan millisi 78 kq və +78 kq-da təmsil olunmur. İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 …

Read More »

Azərbaycan 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqəyə qələbə ilə başlayıb

Azərbaycanın daha 2 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə qoşulub. “Report”un məlumatına görə, 60 kqda Yusif Əhmədov monqolustanlı Ariunbold Enxtayvanı məğlub edərək 1/4 finala yüksəlib. Qadınlardan isə 52 kq-da yarışan Zeynəb Məmmədova isə Almaniya təmsilçisi Annika Vurfelə qalib gəlib və 1/4 finala çıxıb.12:15 Bakıda cüdo üzrə Böyük Dəbilqəyə start verilib. 60 kq-da çıxış edən Balabəy Ağayev 1/8 finalda rusiyalı Damir Meremovla …

Read More »

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 4 medal qazanıb

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib. Boyukmillet.com-un məlumatına görə, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar. …

Read More »

Azərbaycan güləşçisi dünya reytinqində liderliyə yüksəlib

Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib. Boyukmillet.com xəbər verir ki, yunan-Roma güləşində Rafiq Hüseynov dünya çempionu olduğu 82 kq çəki dərəcəsində liderliyə yüksəlib. 33 yaşlı pəhləvan 70 xalla reytinqə başçılıq edir. Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır və əvvəlki siyahı ilə müqayisədə 23 pillə irəliləyib. Güləşin bu növündə Azərbaycanın daha …

Read More »

Azərbaycan idmançısı Dubayda qızıl medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, …

Read More »