Cümə , 26 Aprel 2024

İdman

Azərbaycan güləşçisi dünya reytinqində liderliyə yüksəlib

Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib. Boyukmillet.com xəbər verir ki, yunan-Roma güləşində Rafiq Hüseynov dünya çempionu olduğu 82 kq çəki dərəcəsində liderliyə yüksəlib. 33 yaşlı pəhləvan 70 xalla reytinqə başçılıq edir. Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır və əvvəlki siyahı ilə müqayisədə 23 pillə irəliləyib. Güləşin bu növündə Azərbaycanın daha …

Read More »

Azərbaycan idmançısı Dubayda qızıl medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, …

Read More »

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib. 97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisə (Litva) yenilib. Stepan Davidə (Çexiya) qalib gələn Beka …

Read More »

Azərbaycan idmançıları Avropa çempionatında medallar qazanıblar

Polşada keçirilən fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları – Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə yer tutub. Qeyd edək ki, daha əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Yarışda ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və …

Read More »

Azərbaycan güləşçisi dünya çempionatının favoritləri sırasındadır

Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının 25 medalçısı sifariş olunub. Dünya Güləş Birliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, onların arasında Azərbaycanın yalnız 1 təmsilçisi yer alıb. Bu, 82 kq çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəklərindən, Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq. Ümumilikdə Tokio-2020-nin sərbəst güləşdə …

Read More »

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb. Boyukmillet.com xəbər verir ki, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada …

Read More »

Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib. Boyukmillet.com xəbər verir ki, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi fəxri kürsüyə qalxıb. 60 kq-da mübarizə aparan Musa Ağayev ilk görüşdə macarıstanlı Zoltan Mişeyi məğlub edib. Türkiyəli Abdullah Toprakla qarşılaşmada hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu …

Read More »

Azərbaycan məktəbliləri Serbiyada 20 medal qazanıb

Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb. Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Elton Məmmədov (38 kq), Elgün …

Read More »

Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq. Bu barədə  27 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 17-də Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçiriləcək. Ş.Abbasov bildirib ki, bu, Zavurovun vida …

Read More »

Azərbaycan Premyer Liqasında III turun iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Tur “Sabah” – “Qəbələ” matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sabah”, 4-də isə qonaqlar …

Read More »