Cümə axşamı , 2 May 2024

İdman

Sosial şəbəkələrdə Qurban Qurbanova qarşı təxribat (FOTO)

Dünən axşam “Facebook” sosial şəbəkəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat yaşanıb.Boyukmillet.com xəbər verir ki, Qurban Qurbanovun adına açılmış saxta səhifələrdən biri fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olan şəxslərə qarşı böhtan kampaniyasına başlayıb.Həmin paylaşımda namizədlər barədə müxtəlif ittihamlar səslənib, onların şəxsiyyəti müzakirəyə çıxarılıb. Buna etiraz edənlərin, Qurban Qurbanovun adından istifadə olunduğuna görə səhifəni qınayanların şərhləri isə …

Read More »

Fatih Terim: “Klubdaxili sirlərin mediaya sızdırılmasından şübhələnirəm”

Türkiyə “Qalatasaray”ının baş məşqçisi Fatih Terim klubdaxili sirlərin mediaya sızdırılmasından şübhələnir. “Report”un məlumatına görə, bunu 67 yaşlı mütəxəssisin özü jurnalistlərə etiraf edib. O, daxildən bəzi xəbərlərin kənara çıxmasına üzüldüyünü bildirib. F.Terim hazırda məsələni araşdırdığını söyləyib: “Bir çox xəbərlər verilir. Açığı, üzgünəm. Bu xəbərlərin bir qismi içəridən çıxır. Araşdırıram, tapsam, nə olacağını təxmin edirsiniz. Çünki bu işlər “Qalatasaray”ın əleyhinədir”. Baş məşqçi …

Read More »

“Fənərbaxça” liderliyə yüksəlib

Türkiyə Super Liqasında XI tur başlayıb. APA-nın məlumatına görə, turun ilk matçı İstanbulda keçirilib. “Fənərbaxça” öz meydanında “Kasımpaşa”nı qəbul edib. Məhsuldar keçən görüşdə 5 qol vurulub. İstanbullular çətin qələbə qazanaraq ən azı bir günlük liderliyə yüksəliblər. Qeyd edək ki, turun digər oyunları noyabrın 9-10-da keçiriləcək. Türkiyə Super LiqasıXI tur8 noyabr“Fənərbaxça” – “Kasımpaşa” – 3:2Muriqi, 6 (pen.), 44 (pen.), Aziz, 59 …

Read More »

Seymur Talıbovun rəhbərliyi ilə Azərbaycan şahmatçıları Dünya Şahmat Olimpiadasında iştirak edirlər – FOTOLAR

boyukmillet.com xəbər verir ki, Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında Şahmat Olimpiadası start götürüb. Ölkəmiz bu nüfuzlu yarışda iki komanda – “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur. “Azərbaycan” komandası Monqolustan, “Azərbaycan-Naxçıvan” isə Qazaxıstan şahmatçıları ilə mübarizə aparırlar. Qeyd edək ki, Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva, Azərbaycanın ikinci komandası olan “Azərbaycan-Naxçıvan” …

Read More »

Karateçi Rafael Ağayev: “Nəhayət ki, tilsimi qırdım” – MÜSAHİBƏ

Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi Azərbaycan karateçisi Rafael Ağayev APA-nın Moskva müxbirinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik: Rafael, uzun müddətdən sonra tilsimi qırdın, qızı medala sahib oldun, təəssüratlarını bizimlə bölüşərdin… – Hər bir idmançı qızıl medal alanda təəssüratı çox gözəl olur. Eyni ilə mənim də. Bu il məhz bu yarışla tilsimi qırdım. Bu il keçirilən yarışlarda …

Read More »

Dünya Kuboku: Teymur Rəcəbov finalın beşinci “tay-breyk”ində qələbə qazanıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında beşinci “tay-breyk” görüşünü keçirib. 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib. Beşinci duel 76-cı gedişdən sonra Rəcəbovun qələbəsi ilə bitib. Bir azdan növbəti görüş oynanılacaq. Azərbaycan şahmatçısı ən azı heç-heçə edəcəyi təqdirdə Dünya Kubokunun qalibi olacaq. *** 17:38 Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında dördüncü …

Read More »

“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.  Bu görüş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar …

Read More »

Azərbaycanın karateçiləri Moskvaya təlim-məşq toplanışına yollanıblar

Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Moskvaya təlim-məşq toplanışına yollanıb. Boyukmillet.com xəbər verir ki, ongünlük hazırlıq prosesində 13 idmançı iştirak edir. Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə təlim-məşqlərə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 …

Read More »

Teymur Rəcəbov Dünya Kubokunun 1/4 finalında ilk oyununu keçirib

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku turnirinin 1/4 final mərhələsinin birinci partiyaları oynanılır. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Şonqa ilə üz-üzə gəlib. Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 25-də tay-breykdə müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıb. Rəcəbəv 1/8 finalda …

Read More »

Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb. “Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə  daha 8 …

Read More »