Çərşənbə , 27 May 2026

İdman

“Qarabağ” “Auqsburq”la “döyüşəcək”

“Qarabağ” klubunun Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub. Boyukmillet.com  xəbər verir ki, Ağdam komandası  iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq. Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.

Read More »

Rafael Ağayev: “Karyeramı bitirməyi düşünmürəm”

“Hər idmançının arzusu olimpia çempionu olmaqdır. Mən də bunu ürəkdən istəyirəm. Amma hərəkət etmək və çalışmaq lazımdır”. “Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçi Rafael Ağayev Azərbaycan Milli Olimpiya Komitəsinə müsahibəsində deyib. 75 kq çəki dərəcəsində çıxış edən idmançı karyerasını bitirmək barədə düşünmədiyini bildirib: “Allah mənə nə qədər güc veribsə, nə qədər canım istəyirsə, zədələr …

Read More »

Asmir Beqoviç: “Azərbaycan çempionatında oyunun səviyyəsinə təəccübləndim”

“Qarabağ”dakı karyeram maraqlı alındı. Çünki orada Avropa futbolu var idi. Avropa Liqasında yüksək səviyyədə oyunlar keçirdik”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri İngiltərənin “Bornmut” klubunda çıxış edən “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç “Daily Echo” nəşrinə açıqlamasında deyib. 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də danışıb: “Liqa haqqında bacardığım qədər məlumat toplamağa çalışdım. Məni təəccübləndirən bu çempionatdakı oyun səviyyəsi …

Read More »

Karateçilərimiz Xorvatiyada 8 medal qazandı

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində 12 – 21 yaşlılar arasında Dünya Kubokunda 8 medal qazanıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıova (55 kq) bürünc medala sahib olub. 21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medala yiyələnib. Klubları təmsil edən idmançılardan isə 12 …

Read More »

Millimizin baş məşqçisi: “İtaliya Belçikanı məğlub edə bilər”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatının 1/4 final mərhələsində bu gün keçiriəcək Belçika – İtaliya oyunu ilə bağlı fikirlərini bölüşüb. Boyukmillet.com-un məlumatına görə, “Bianconera” radiosuna açıqlama verən 65 yaşlı italiyalı mütəxəssis həmyerlilərinin qələbə qazana biləcəyini söyləyib. De Byazi 4 qat dünya çempionlarının heyətində yaxşı oyunçuların olduğunu vurğulayıb: “İtaliya Belçikanı məğlub edə bilər. Roberto Mançini ona …

Read More »

AVRO-2020: 1/4 final mərhələsinin oyunları başlayır

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş …

Read More »

Üç güləşçimiz Avropa çempionatında finala yüksəldi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da yarışan Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan güləşçi adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. …

Read More »

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

İyulun 2-də isveçrənin Cenevrə şəhərində start götürəcək akrobatika gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, üç gün davam edəcək yarışa Murad Rəfiyev və Daniel Abbasov yollanıb. Onlar kişi cütlüyü proqramında çıxış edəcəklər. Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə elə eyni məkanda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında qarışıq hərəkətlər proqramında bürünc medal …

Read More »

Avropa çempionatı: Güləşçimiz ermənini məğlub etdi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb. Boyukmillet.com xəbər verir ki, ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub. Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa …

Read More »

Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb. Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Read More »