Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) və Murad Əhmədəliyev (82 kq) də mübarizəyə qoşulub.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …