Cümə axşamı , 16 May 2024

İdman

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib. Boyukmillet.com-un məlumatına görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır. Yarışın ilk günündə oğlanlar arasında 55, 66, 81, 100, qızların mübarizəsində isə …

Read More »

“Arsenal”ın futbolçusu: “Qarabağ”la oyunu heç vaxt unutmaram”

“Əsas komandada debütüm ötən il Ukraynada “Vorskla”ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi. Amma iki həftə sonra doğma “Emirates” stadionunda ilk görüşümə çıxdıqda məni izləməyə ailəm də gəlmişdi. Bu, 17 yaşımın tamamlanmasından bir neçə ay sonra Avropa Liqasında “Qarabağ”a qarşı idi”. Boyukmillet.com – un məlumatına görə, bunu İngiltərə “Arsenal”ının futbolçusu Bukayo Saka klubun rəsmi saytına açıqlamasında …

Read More »

Rafael Ağayev Avstriyaya olimpiya lisenziyası üçün yollandı

Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb.  Boyukmillet.com Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən yarışda 14 idmançı çıxış edəcək.  Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev …

Read More »

Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

Boyukmillet.com-un məlumatına görə Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib.  Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara …

Read More »

İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.  Boyukmillet.com-un məlumatına görə, sərəncam Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədi daşıyır.  Sərəncamda bildirilir ki, Olimpiya Oyunları dünyanın bütün …

Read More »

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Salvador Kases Roka (İspaniya) – Keysey Nakano (Filippin) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev isə Ahmed Alikaj (Beynəlxalq Cüdo Federasiyası) – Aleksandru Raicu (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq. 81 kq-dakı Hidayət …

Read More »

Azərbaycan çempionatının ilk qalibi bəlli oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq. İki gün davam edəcək çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların …

Read More »

Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında memorandum imzalandı

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində imzalanmış sənədMOK və CONI arasında Olimpiya Hərəkatının İnkişafı, sülhməramlı missiya, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutur. Tərəflər həm Yay Olimpiya Oyunları, həm də Qış Olimpiya Oyunları ərəfəsində və bu oyunlara hazırlıq üçün bir-birinə qarşılıqlı yardım …

Read More »

İdmançımız Dünya Kubokunu qazanmaqla paralimpiya oyunlarında iştirak şansını artırdı

Azərbaycan para-pauerliftinqçisi Pərvin Məmmədov İngiltərənin Mançester şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.  Boyukmillet..com un məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançı 146 kq nəticə ilə qalib olub. Bu, Məmmədovun Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını da artırıb.  Qeyd edək ki, fevralın 22-də digər para-pauerliftinqçi Şamo Aslanov mübarizə aparacaq. 

Read More »

Azərbaycan millisinin sabiq baş məşqçisi Albaniya klubunda işləyəcək

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bülent Karslıoğlunun yeni iş yeri bəlli olub. Boyukmillet.com “Sporx”ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Albaniyanın “Partizani” komandasına rəhbərlik edəcək. Türkiyəli məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, Bülent Karslıoğlu “Azərreyl” və “İqtisadçı” klublarına da rəhbərlik edib. O, “Azərreyl”lə ölkə çempionatının qalibi olub. 

Read More »