Cümə axşamı , 2 May 2024

İdman

Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Ukraynanın “Minay” klubundan ayrıla bilər. Boyukmillet.com-un “Meta-ratings” nəşrinə isitnadən məlumatına görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir. 25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə oyunçu azad agent statusu alacaq. Futbolçunun xidmətində maraqlı olan komanda isə “Kolos”dur. Kiyev vilayətinin Vasilkov rayonunun …

Read More »

Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Böyük Dəbilqəyə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, Azərbaycanın 10 təmsilçisindən yarısı ilk yarış günündə mübarizə aparacaq. Onlardan 2-si kişilərin, 3-ü qadınların mübarizəsinə qatılacaq. Böyük Dəbilqə5 may Kişilər60 kq1/16 final. Davud Məmmədsoy – ALbert Oğuzov (Rusiya) 66 kq1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya) Qadınlar48 kq1/16 final. Leyla Əliyeva – Melani …

Read More »

Güləşçimiz ermənini məğlub etdi

Azərbaycan güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdəki beynəlxalq turnirdə ilk görüşünü keçirib. Boyukmillet.com-un məlumatına görə, 65 kq-da yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb. Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Qeyd edək ki, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi yarışda Azərbacanın 11 güləşçisi mübarizə aparır.

Read More »

Neftçi İK Ağsu komandasının qələbəsi

Boyukmillet.com xəbər verir ki, bu gün Beyləqan Olimpia idman kompleksinin stadionunda Mil (Beyləqan) və yeni yaradılmış Neftçi İK Ağsu komandaları yoxlama görüşü keçiriblər. Gərgin keçən  oyunda 3-0 hesabı ilə Neftçi İK Ağsu komandası qələbə qazanıb. Hər 3 qolun müəllifi  Səmədzadə Elmir olub. Oyun öncəsi hər iki komanda Qarabağ müharibəsində Şəhid olmuş Şəhidlərimizin məzarını yad ediblər. Komandanın rəhbəri Elnur Alıyevin dediyinə …

Read More »

Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

“Qarabağ”, “Neftçi” və “Kəpəz” klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub. Bu barədə  Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir. O, noyabrın 28-də “Qarabağ” klubu ilə birlikdə Ağdama səfər etmişdi. Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan …

Read More »

Naxçıvanda şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

Sentyabrın 11-də Naxçıvan Şahmat Mərkəzində sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olub.Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək şahmatın inkişafının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanıldığını deyib. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib. Son illər Şahmat Federasiyasının muxtar respublikanın Təhsil …

Read More »

Premyer Liqanı tərk edəcəkləri dəqiqləşdi

İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu “Norviç”dir. Komanda 35-ci turda doğma meydanda “Vest Hem”ə 0:4 hesabı ilə uduzub. Bu nəticədən sonra 21 xalda qalan “Norviç”in ölkə çempionatının bitməsinə 3 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. Bununla da komanda 5-ci dəfə aşağı liqaya göndəriləcək. Qeyd edək ki, “Vest Hem” 34 xalla 16-cı, “Norviç” 21 …

Read More »

Fəhmin Muradbəyli “Neftçi”yə qayıtdı

“Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli komandamıza qayıdıb. Boyukmillet.com xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb. Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandamızın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Read More »

Kəmaləddin Heydərov idmançıların maaşlarını verə bilmir? – İddia + Açıqlamalar

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbəri olduğu Azərbaycan Taekvondo Federasiyasında pandemiya dövründə ixtisarların olması barəsində iddia ortaya atılıb. Hətta sosial şəbəkələrdə idmançıların bir neçə aydır maaş üzünə həsrət qoyulduğu deyilir. Boyukmillet.com xəbər verir ki, federasiyanın vitse-prezidenti Nağı Səfərov Unikal.org-a qurumun son durumu ilə bağlı müsahibə verib. O, müsahibəsində cəmi bir əcnəbi idmançının ölkəsinə qayıtmadığını da deyib. Hətta federasiya rəsmisi pandemiya dövründən …

Read More »

“Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq” – “Beşiktaş”ın prezidenti

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var”. Boyukmillet.comun xəbərinə görə, bu sözləri “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində deyib. Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb: “Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə …

Read More »