Cümə , 26 Aprel 2024

İdman

Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəldi

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Boyukmillet.com xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb. İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçu gərgin keçən …

Read More »

Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz …

Read More »

Daha bir güləşçimiz Polşada medal görüşünə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində mübarizəyə başlayıb. Boyukmillet.com -un məlumatına görə, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb. Amma yarımfinalda ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl …

Read More »

Hacı Əliyev Polşada bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Polşanın paxtaxtı Varşavadakı “Poland Open” turnirində bürünc medal uğrunda görüşə çıxıb. “Report”un məlumatına görə, 70 kq-da mübarizə aparan 3 qat dünya və 3 qat Avropa çempionu gürcüstanlı Zurabi Yakobişvili ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Azərbaycanın iki sərbəst güləşçisi Hacı Əliyev və Şərif Şərifov Polşanın paxtaxtı Varşavadakı …

Read More »

Cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.   Boyukmillet.com xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Hüseynov 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Maqjan Şamşadini məğlubiyyətə uğradıb.

Read More »

Millimiz bu gün Belarusla qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək. Boyukmillet.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. “Dimamo” Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal …

Read More »

Veteran futbolçumuzu maşın vurub öldürdü

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib. Bu barədə “Report”a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Jeep markalı avtomobil vurub. Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb. O. Abdullayev veteranlar adından mərhumun ailəsinə baş sağlığı verib.

Read More »

Üç paracüdoçumuz Bakıdakı Qran-prinin finalında, İlham Zəkiyev uduzdu

Azərbaycanın son 8 paracüdoçusu Bakıda keçirilən beynəlxalq Qran-Pridə mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi +70kq) tatami üzərinə çıxıblar. İdmançılardan üçü finala vəsiqə qazanıblar. Rəhimli, …

Read More »

Dünyanın ən bahalı futbol brendləri bəlli oldu

Dünyanın ən bahalı futbol brendlərinin 2021-ci il üçün yeni siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Brand Finance” məlumat yayıb. İspaniyanın “Real Madrid” klubu 1,276 milyard avro ilə birinci olub. Ölkənin digər klubu “Barselona” (1,266 milyard avro) ikinci, İngiltərə “Mançester Yunayted”i (1,130 milyard avro) üçüncü yeri tutub. İlk “10-luğ”a İngiltərənin “Mançester Siti” (1,118 milyard avro), Almaniyanın “Bavariya” (1,068 milyard …

Read More »

Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq. Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gələcək.Qalan üç oyun isə eyni saatda başlayacaq. Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşacaq, ikinci pillədə qərarlaşmış “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Zirə” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. …

Read More »