Şənbə , 4 May 2024

İdman

“Neftçi”nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb. Boyukmillet.com-un məlumatına görə, o, Çempionlar Liqasında I təsnifat mərhələsinin “Makkabi” Hayfa (İsrail) – “Kayrat” (Qazaxıstan) matçında UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, iyulun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Read More »

Odessadakı diasporumuz beynəlxalq yarışda komandamıza dəstək göstərib

Xarici ölkələrdə yaşayan soydaşlarımızın beynəlxalq turnirlərdə çıxış edən azərbaycanlı idmançıları dəstəkləməsi ənənəyə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ənənə 29 iyun – 2 iyul tarixlərində Ukraynanın Koblevo şəhərində təşkil edilən yeniyetmə, gənclər və böyüklər arasında universal döyüş növləri üzrə dünya kuboku zamanı da nümayiş etdirilib. Universal döyüş növlərinin “light” və “classic” versiyaları üzrə 28 ölkədən 400-ə …

Read More »

Çüdoçularımız 37 ölkədən 500-dən çox idmançı ilə Tokio Olimpiadasına hazırlaşır

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, kişilər və qadınlardan ibarət milli komandalarımız Poreç şəhərindəki cüdo təlim mərkəzində hazırlıq prosesi keçirlər. Toplanışa Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Bu toplanış Tokioda keçiriləcək olimpiadaya hazırlıq məqsədi daşıyır. Xorvatiyadakı hazırlıq …

Read More »

Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü cüdoçularımız 2 medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb. Beləliklə, gənclərdən ibarət milli komandamız …

Read More »

AVRO-2020: Danimarka yığması Bakıda qələbə qazanaraq yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları üz-üzə gəlib. Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açıb. 42-ci dəqiqədə Kasper Dolberq fərqi daha da artırıb. İlk yarı bu hesabla yekunlaşıb. Fasilədən sonra Çexiya fərqi azaltmağa nail olub. 49-cu …

Read More »

Azərbaycan cüdoçuları Avropa kubokunda 4 medal qazandı

Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb. Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın …

Read More »

AVRO-2020: Bakıdakı son oyunun start heyətləri açıqlandı

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının 1/4 final matçı üçün start heyətlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: Çexiya: 1. Tomaş Vaçlik (GK), 3. Ondrjey Çelustka, 5. Vladimir Soufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Xoleş, 10. Patrik Şik, 12. Lukaş Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. …

Read More »

Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb. Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib. Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) …

Read More »

“Qarabağ” “Auqsburq”la “döyüşəcək”

“Qarabağ” klubunun Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub. Boyukmillet.com  xəbər verir ki, Ağdam komandası  iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq. Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.

Read More »

Rafael Ağayev: “Karyeramı bitirməyi düşünmürəm”

“Hər idmançının arzusu olimpia çempionu olmaqdır. Mən də bunu ürəkdən istəyirəm. Amma hərəkət etmək və çalışmaq lazımdır”. “Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək karateçi Rafael Ağayev Azərbaycan Milli Olimpiya Komitəsinə müsahibəsində deyib. 75 kq çəki dərəcəsində çıxış edən idmançı karyerasını bitirmək barədə düşünmədiyini bildirib: “Allah mənə nə qədər güc veribsə, nə qədər canım istəyirsə, zədələr …

Read More »