Bazar ertəsi , 29 Aprel 2024

İdman

Millimizin sabiq müdafiəçisi “Qəbələ”nin məşqçisi oldu

“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, …

Read More »

Avropa Liqasının final oyunlarının məkanı məlum oldu

UEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunlarının məkanlarını açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, Avropa futbol qurumu qitə çempionatının təşkilatçılıq hüququndan məhrum etdiyi İrlandiyanın paytaxtı Dublin və İspaniyanın Bilbao şəhərinə klub turnirinin həlledici görüşünü verib. Qurum hər iki şəhərin səylərinə və beynəlxalq oyunların hazırlıq prosesinə maliyyə yatırımlarına hörmətlə yanaşdığını bildirib. Dublin Avropa Liqasının 2023/2024 mövsümünün final oyununu təşkil edəcək, Bilbao isə Avropa …

Read More »

Rüstəm Orucov: “Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”

“Bu, mənim üçün şərəfli missiyadır. Bayraqdar seçildiyimi eşidəndə çox sevindim, mənə xüsusi motivasiya gəldi. Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq komandanın bayraqdarı seçilməsi barədə danışarkən deyib. 73 kq-da mübarizə aparan idmançı olimpiadadakı hədəfini açıqlayıb: “2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında da bizə demişdilər …

Read More »

İtaliya və Argentina Maradonanın xatirəsinə yoldaşlıq matçı keçirəcək

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Boyukmillet.com “New York Times” nəşrinə istinadən xəbər verir ki, görüşün Neapol şəhərində mərhum hücumçunun adını daşıayn “Dieqo Armando Maradona” stadionunda oynanılması nəzərdə tutulub. İtaliya Avropa çempionatının, Argentina isə Amerika Kubokunun qalibi olub. Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) iki kollektiv arasında oyun təşkil …

Read More »

Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu

FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın “Minay” komandasına transfer qadağası qoyub. Boyukmillet.com “Sport Arena” nəşrinə istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib. Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək. Qeyd edək …

Read More »

Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq. Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək. Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.

Read More »

“Neftçi”nin rəqibi Bakıya gəldi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin qonağı olacaq Gürcüstanın “Dinamo” (Tbilisi) klubu artıq Bakıdadır. Boyukmillet.com xəbər verir ki, Tbilisi təmsilçisi az öncə Azərbaycan paytaxtına gəlib. Komanda Bulvar otelində məskunlaşacaq. Qeyd edək ki, “Neftçi” və “Dinamo” komandaları arasında cavab görüşü iyulun 14-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda “ağ-qaralar” 2:1 hesablı qələbə qazanıb.

Read More »

Olimpiadada çıxış edəcək cüdoçularımız açıqlandı

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək cüdoçuların adları açıqlanıb. Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, kişilərdən ibarət komandada 66 kq çəki dərəcəsində Avropa çempionu Orxan Səfərova üstünlük verilib. Bu çəkidəki daha təcrübəli cüdoçu Nicat Şıxəlizadə isə yığmanın kapitanı təyin olunub və məşqlərdə Səfərovun sınaqçı rəqibi kimi Yaponiya paytaxtına yollanacaq. Beləliklə, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko Kəramət Hüseynov …

Read More »

Azərbaycan millisi Belarus və Macarıstanla qarşılaşacaq

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb. Federasiyadan verilən məlumata görə, yığma Avropa çempionatına hazırlıqları iyulun 26-dək kimi paytaxtda davam etdirəcək. Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub. Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 …

Read More »

Azərbaycan idmançıları ilk MDB Oyunlarında iştirak edəcək

MDB ölkələrinin Rusiyanın Kazan şəhərindəki ilk Oyunlarında 2 000-dək idmançı iştirak edəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə qonşu ölkənin idman naziri Oleq Matıtsin yarışa hazırlıqla bağlı müşavirədə açıqlama verib. O, ilk Oyunlara iki aydan da az vaxtlarının qaldığını xatırladıb: “Hazırlıq dinamik rejimdə aparılır. Kazanda ümumilikdə 10 ölkədən 2 000-dək iştirakçını gözləyirik. Nümayəndə heyətlərinin xərclərinin təşkilatçılar hesabına qarşılanmasına dair qərar qəbul …

Read More »