Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında məlumatı təsdiqləyib: “Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar müvafiq qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər”.

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …