Cümə , 26 Aprel 2024
Drone Cameras

Portuqaliya klubu azərbaycanlı futbolçunu icarəyə götürmək istəyir

İngiltərənin “Vulherhempton” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.

Boyukmillet.com “Jornaldocentro” nəşrinə istinadən xəbər verir ki, “Tondela” 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir.

Qeyd edək ki, Renat Dadaşovun “Vulherhempton”la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda çıxış edib. “Tondela” ölkənin əsas çempionatında mübarizə aparır.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …