Cümə , 19 Aprel 2024
Drone Cameras

Türkiyə parlamentinin sədri Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib

“Gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşlərinin keçirilməsi mümkün ola bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

“Üç ölkə arasında nəinki dövlətlərarası münasibətlər, eləcə də xalqlar arası münasibətlər var. Maddi və mənəvi olaraq daim bir-birinə dəstək olur”, – o vurğulayıb.

TBMM sədri bildirib ki, Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi pozması və mülki əhaliyə qarşı etdiyi hücumlar beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …