Çərşənbə , 8 May 2024

İdman

“Mançester Yunayted” koronavirusa görə futbolçusunu məşqə buraxmadı

İngiltərənin “Mançester Yunayted” klubu transfer dönəmində Çinin “Şanxay Şenxua” komandasından heyətinə qatdığı futbolçu Odion İqalodan yararlana bilmir. Boyukmillet.com “Mirror”a istinadən xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu koronavirusa yoluxma ehtimalına görə kollektivdən ayrı düşüb. Klub rəhbərliyi iki həftəlik inkubasiya dövründən sonra problem çıxmayacağı təqdirdə, oyunçunun məşqlərə qatılmasına icazə verəcək. Qeyd edək ki, Çində koronavirusa görə bir sıra beynəlxalq idman yarışları …

Read More »

Abdullah Avcı Azərbaycan millisi ilə bağlı qərar verdi

Türkiyəli məşqçi Abdullah Avcı futbol üzrə Azərbaycan millisində işləmək niyyətində deyil. Boyukmillet.com “TRT Spor”a istinadən xəbər verir ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil. Onun Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə imtina edəcəyi də vurğulanıb. Qeyd edək ki, Abdullah Avcı son olaraq ölkəsinin “Beşiktaş” …

Read More »

Çeyz Keri: “Bakı bizim üçün ideal məkandır”

“2020-ci ildə “Formula 1″ üzrə dünya çempionatının daha coşqulu keçəcəyini gözləyirik”.  Boyukmillet.com-un məlumatına görə, bunu “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib.  O bildirib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları var. Keri ölkəyə maddi qazanc, Azərbaycanın dünyaya tanıdılması və …

Read More »

Azərbaycanda “Formula 1” ilə əlaqədar 10 min iş yeri açılır

“Formula 1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır”. Boyukmillet.com-un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışında deyib.  O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.  Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi …

Read More »

Sənan Süleymanov: “Erməniyə qalib gəlib Avropa çempionu olmaq ən gözəl hissdir”

“Avropa çempionu olmaq və yarımfinalda Ermənistan idmançısını məğlub etmək çox gözəl hissdir”. Boyukmillet.com bildirir ki bunu İtaliyanın paytaxtı Romadakı yarışda qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib. 77 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, öncədən qızıl medal qazanacağına inanmayıb: “Çempion oldum, bayrağımızı yüksəltdim. Mənim üçün bundan gözəl hiss ola bilməz”. S.Süleymanov növbəti hədəfinin Yaponiyanın …

Read More »

Azərbaycanın daha bir güləşçisi ermənini məğlub etdi – YENİLƏNİB

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib. Boyukmillet.com – un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti Ermənistan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib. 1/8 finalda rəqibini 3:0 hesabı ilə məğlub edən güləşçi 1/4 finala yüksəlib. Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan …

Read More »

Azərbaycan derbisinin hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları üçün hakim təyinatları açıqlanıb.Boyukmillet.com PFL-in saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Neftçi” matçını FİFA referisi Rauf Cabbarov idarə edəcək.Digər oyunların təyinatları isə aşağıdakı kimidir:7 fevral (cümə) “Sabah” – “Qəbələ”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli“Bank Respublika Arena”, 19:00 “Keşlə” –“ Səbail”Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı“ASK Arena”, 21:00 …

Read More »

Maliyyə problemləri ilə üzləşən Azərbaycan klubunda gözlənilməz istefa

“Səbail” PFK-nın icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.  BOYUKMILLET.COM xəbər verir ki, bu barədə Bakı klubunun “Facebook” səhifəsi məlumat yayıb.  Müvəqqəti olaraq klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək. Ramin Həsənov isə Bakının digər klubu “Sabah”da baş icraçı direktor vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 12 xalla sonuncu olan bu klub çox …

Read More »

Naxçıvan karateçiləri ölkə və beynəlxalq yarışlarda 172 medal qazanıb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 2019-cu ildə Federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il Federasiya idmançıları ölkə və beynəlxalq yarışlardan müxtəlif  əyarlı 172 medal qazanıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov …

Read More »

KİV: Harri Keyn Avropa çempionatında iştirak etməyəcək

İngiltərə millisinin və “Tottenhem” klubunun futbolçusu Harri Keyn Avropa çempionatında iştirak etməyəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkənin tanınmış cərrahı Kris Uilson “The Independent” qəzetinə məlumat verib. O, 27 yaşlı hücumçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağını vurğulayıb: “Futbolçunun yeni mövsüm öncəsi qayıtmasını istərdim. Keynin aprel və may aylarında qayıdacağı barədə danışırlar. Amma bu reallaşsa çox təəccüblənəcəyəm”. Qeyd edək ki, …

Read More »