Cümə , 26 Aprel 2024
Drone Cameras

Daha bir güləşçimiz Polşada medal görüşünə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində mübarizəyə başlayıb.

Boyukmillet.com -un məlumatına görə, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb.

Amma yarımfinalda ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib.

O, bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …