Cümə , 29 Mart 2024

İdman

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Boyukmillet.com xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb. Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala …

Read More »

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib. Bu barədə  Azərbaycan Cüdo Federasiyasından bildirilib. Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Read More »

“Qarabağ”ın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı adına namizəddir

Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub. Boyukmillet.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb. 29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents …

Read More »

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək. Boyukmillet.com xəbər verir ki, turnir dekabrın 16-17-də baş tutacaq. Şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-dən çox atlet yarışda qüvvəsini sınayacaq. Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırmanın bölgələrdə təbliği və inkişafı, idmançıların …

Read More »

Voleybolçular prezidentə videomüraciət etdilər

“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə videomüraciət ediblər. Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül Şuşa” və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan …

Read More »

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar. Boyukmillet.com xəbər verir ki, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb. Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub. Qeyd edək ki, ötən …

Read More »

Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. Boyukmillet.com xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlayacaq. Çempionatın qaliblərinin adına dekabrın 8-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə …

Read More »

Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurub. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıb. Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş …

Read More »

Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb

Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub. Boyukmillet.com-un məlumatına görə, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib. K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçu bürünc medala sahib olub.

Read More »

Azərbaycanın daha 7 güləşçisi Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 7 güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək. Boyukmillet.com xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz mübarizə aparacaq. Məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), Gültəkin Şirinova (53 kq) və Ruzanna …

Read More »